Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yarımfinalda iki azərbaycanlı rəqib oldu - VİDEO - FOTO

Yarımfinalda iki azərbaycanlı rəqib oldu - VİDEO - FOTO

Tarix: 7 Avqust 2024 16:34

16:32

Paris Yay Olimpiya oyunlarınının yunan-Roma güləşi üzrə yarımfinalda təmsilçimiz Həsrət Cəfərovun rəqibi bəlli olub.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, idmançımız Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə üz-üzə gələcək. H. Cəfərov Azərbaycan əsilli Ukrayna yunan-Roma güləşçisi, Tokio Olimpiya Oyunlarının gümüş mükafatçısı Pərviz Nəsibovla qarşılaşacaq.


-------------
15:08


Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu gün yunan-Roma güləşində son iki çəkidə mübarizə başlayıb.

Azərbaycan yığmasının iki "klassik"i xalçaya çıxıb. Həsrət Cəfərov və Rafiq Hüseynov medal qarşılaşmalarına vəsiqə üçün mübarizə aparır.

Yunan-Roma güləşi
67 kq
Həsrət Cəfərov Olimpiadaya 1/8 finaldan başlayıb. Dünya çempionatlarının gümüş və bürünc mükafatçısı Mohamed Elsayedi (Misir) xalçaya çıxmağa peşman edib. Güləşçimiz tam üstünlüklə (9:0) qələbə qazanaraq 1/4 finala yüksəlib. O, ikinci qarşılaşmasında moldovalı Valentin Petiçlə münasibətinə aydınlıq gətirib. Cəfərov bu dueldən də qalib ayrılıb - 3:1.

87 kq
Rafiq Hüseynov da yarışa 1/8 finaldan start verib. Tokio-2020-nin bürünc mükafatçısı David Loşontsi (Macarıstan) ilə qarşılaşıb. Görüş rəqibin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, yunan-Roma güləşi millimiz Parisə 5 idmançı ilə yollanıb. Murad Məmmədovla (60 kq) Sabah Şəriəti (130 kq) yarışı medalsız başa vurub, Sənan Süleymanov (77 kq) isə bürünc uğrunda qarşılaşmaya çıxacaq.

15:00

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu gün yunan-Roma güləşində son iki çəkidə mübarizə başlayıb.

Azərbaycan yığmasının iki "klassik"i xalçaya çıxıb. Həsrət Cəfərov və Rafiq Hüseynov medal qarşılaşmalarına vəsiqə üçün mübarizə aparır.

Yunan-Roma güləşi
67 kq
Həsrət Cəfərov Olimpiadaya 1/8 finaldan başlayıb. Dünya çempionatlarının gümüş və bürünc mükafatçısı Mohamed Elsayedi (Misir) xalçaya çıxmağa peşman edib. Güləşçimiz tam üstünlüklə (9:0) qələbə qazanaraq 1/4 finala yüksəlib. O, ikinci qarşılaşmasında moldovalı Valentin Petiçlə münasibətinə aydınlıq gətirəcək.

87 kq
Rafiq Hüseynov da yarışa 1/8 finaldan start verib. Tokio-2020-nin bürünc mükafatçısı David Loşontsi (Macarıstan) ilə qarşılaşıb. Görüş rəqibin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, yunan-Roma güləşi millimiz Parisə 5 idmançı ilə yollanıb. Murad Məmmədovla (60 kq) Sabah Şəriəti (130 kq) yarışı medalsız başa vurub, Sənan Süleymanov (77 kq) isə bürünc uğrunda qarşılaşmaya çıxacaq.

----------

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu gün yunan-Roma güləşində son iki çəkidə mübarizə başlayacaq.

Azərbaycan yığmasının iki "klassik"i xalçaya çıxacaq. Həsrət Cəfərov və Rafiq Hüseynov medal qarşılaşmalarına vəsiqə üçün mübarizə aparacaq. Güləşçilərin yarışına Bakı vaxtı ilə saat 13:30-da start veriləcək.

Yunan-Roma güləşi
67 kq
Həsrət Cəfərov Olimpiadaya 1/8 finaldan başlayacaq. Dünya çempionatlarının gümüş və bürünc mükafatçısının ilk rəqibi Mohamed Elsayed (Misir) olacaq.

87 kq
Rafiq Hüseynov da yarışa 1/8 finaldan start verəcək. Tokio-2020-nin bürünc mükafatçısı David Loşontsi (Macarıstan) ilə qarşılaşacaq.

Qeyd edək ki, yunan-Roma güləşi millimiz Parisə 5 idmançı ilə yollanıb. Murad Məmmədovla (60 kq) Sabah Şəriəti (130 kq) yarışı medalsız başa vurub, Sənan Süleymanov (77 kq) isə bürünc uğrunda qarşılaşmaya çıxacaq.

Milli.Az


Etiketlər:  Yarımfinalda azərbaycanlı rəqib oldu VİDEO FOTO


RƏYLƏR