Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2024 13:36
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna ordusunun Kurska hücumunu əhaliyə qarşı terror kimi qiymətlənidirib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o bu barədə "Sputnik" radiosuna BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsi Ravina Şamdasaninin Ukrayna Silahlı Qüvvələri tərəfindən Kurskda insan hüquqlarının pozulması faktlarını öyrənmək üçün vilayətin ərazisinə daxil olmaq istəyi barədə bəyanatını şərh edərkən deyib.
"BMT nümayəndələri dərk etməlidirlər ki, Kiyevin Kursk vilayətində hərəkətləri terror aktı kimi təsnif edilir, onların region ərazisinə daxil olmaq marağı "performans" deyil. Mən həqiqətən ümid etmək istəyirəm ki, onların dedikləri bir performans və ya məsuliyyətdən boyun qaçırmaq istəyi deyil. Mən həqiqətən ümid etmək istəyirəm ki, bu oyanış üçün bir növ yoldur. Əgər belədirsə, onda zəhmət olmasa, lap əvvəldən - Kiyev rejiminin krımlılara münasibətindən, Donetsk, Luqansk və ondan uzaqda insan haqlarını pozmasından başlayın.
BMT nümayəndələri Kursk vilayətində baş verən hadisələrin insan hüquqlarının pozulması deyil, Kiyev rejimi tərəfindən insanlara qarşı terrorizm olduğuna diqqət yetirməlidirlər. Terror təhdidləri, hərəkətləri, hücumları fərqli təsnifatdır və bu anlayışları əvəz etməyə ehtiyac yoxdur", - deyə Zaxarova əlavə edib.