Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Zirə” öz tarixini yazdı! - YENİLƏNİB

“Zirə” öz tarixini yazdı! - YENİLƏNİB

Tarix: 15 Avqust 2024 23:20

23:17

Azərbaycanın Konfrans Liqasındakı daha bir təmsilçisi bu gün III təsnifat mərhələsinin cavab qarşılaşmasına çıxıb.

"Zirə" Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzədir.

Rəşad Sadıqovun yetirmələri səfərdə əldə etdikləri bərabərliyi (1:1) Mərdəkanda öz leyhlərinə pozmağa çalışır.

Matçın 37-ci dəqiqəsində "Zirə"nin qapısı qarşısında yaranan qarışıqlıqdan istifadə edən qonaqların futbolçusu Vedran Yuqoviç ilk topu komandamızın qapısından keçirib.

Matçın 53-cü dəqiqəsində təmsilçimiz penalti vurmaq imkanı əldə edib. Topun arxasına keçən kapitan Qismət Alıyev hesaba tarazlıq gətirməyi bacarıb.

81-ci dəqiqədə qonaqlar yenidən hesabda önə keçib. "Osiyek"in heyətində Anton Matkoviç fərqlənib.

Son ana qədər mübarizə aparan "Zirə" bərabərlik qolunu 90-cı dəqiqədə tapıb. Davit Volkov aktobatik zərbə ilə topu tora qovuşdurub - 2:2.

Ümumi hesabda bərabərlik olduğu üçün matçda əlavə hissələr oynanıb. Burda da qalib müəyyənləşməyib. Beləcə, komandalar lotoreyaya - penaltilər seriyasına keçid alıb.

15 avqust, cavab oyunu

20:30. "Zirə" (Azərbaycan) - "Osiyek" (Xorvatiya) - 2:2 (Penaltilər seriyası - 2:1)

Qollar: Vedran Jukoviç, 37 (0:1), Qismət Alıyev, 55-pen. (1:1), Anton Matkovic, 81 (1:2), Davot Volkov, 90 (2:2)

Hakimlər:  Yulian Veinberqer, Maksimilian Kolbitş, Andreas Vitşinq, Stefan Ebner (Avstriya)

"Dalğa Arena"

İlk oyun - 1:1

-----------

22:18

15 avqust, cavab oyunu

20:30. "Zirə" (Azərbaycan) - "Osiyek" (Xorvatiya) - 2:2 (İkinci hissə)

Qollar: Vedran Jukoviç, 37 (0:1), Qismət Alıyev, 55-pen. (1:1), Anton Matkovic, 81 (1:2), Davot Volkov, 90 (2:2)

Hakimlər:  Yulian Veinberqer, Maksimilian Kolbitş, Andreas Vitşinq, Stefan Ebner (Avstriya)

"Dalğa Arena"

İlk oyun - 1:1

----------

22:08

15 avqust, cavab oyunu

20:30. "Zirə" (Azərbaycan) - "Osiyek" (Xorvatiya) - 1:2 (İkinci hissə)

Qollar: Vedran Jukoviç, 37 (0:1), Qismət Alıyev, 55-pen. (1:1), Anton Matkovic, 81 (1:2)

Hakimlər:  Yulian Veinberqer, Maksimilian Kolbitş, Andreas Vitşinq, Stefan Ebner (Avstriya)

"Dalğa Arena"

İlk oyun - 1:1

-------------

20:32

Bu gün Azərbaycan təmsilçisi "Zirə" Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Paytaxt klubu evdə "Osiyek"i (Xorvatiya) qəbul edir. "Dalğa Arena"da keçiriləcək görüş saat 20:30-da başlayıb. Oyunu Avstriyadan olan hakimlər briqadası idarə edir.

Bu komandalar arasında ilk matç 1:1 hesabı ilə başa çatıb. Cütün qalibi isə pey-offda "Omoniya" (Kipr) ilə üz-üzə gələcək. 

15 avqust, cavab oyunu

20:30. "Zirə" (Azərbaycan) - "Osiyek" (Xorvatiya) - 0:0 (Birinci hissə)

Hakimlər:  Yulian Veinberqer, Maksimilian Kolbitş, Andreas Vitşinq, Stefan Ebner (Avstriya)

"Dalğa Arena"

İlk oyun - 1:1

Milli.Az


Etiketlər:  Zirə tarixini yazdı YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ