Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin Qazaxıstana avtomobil sənayesi məhsulları ixracı azaldı

Türkiyənin Qazaxıstana avtomobil sənayesi məhsulları ixracı azaldı

Tarix: 20 Avqust 2024 13:34

2024-cü ilin yanvar - iyul aylarında Türkiyənin Qazaxıstana avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 39,5 faiz azalaraq, 67,9 milyon dollara bərabər olub.

Sonxeber.net bildirir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"Bu ilin iyul ayında Türkiyə Qazaxıstana 10,4 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 13,4 faiz azdır" - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Türkiyənin 2024-cü ilin yanvar-iyul aylarında avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artaraq 20 milyard 818 milyon dolları ötüb.

"2024-cü ilin iyul ayında Türkiyənin dünya bazarlarına avtomobil sənayesi məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 14,7 faiz artaraq, 3 milyard 123,5 milyon dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023-iyul 2024) Türkiyə 35 milyard 778,2 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.


Etiketlər:  Türkiyənin Qazaxıstana avtomobil sənayesi məhsulları ixracı azaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ