Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan ABŞ-dən nüvə texnologiyaları əldə edə bilər

Ermənistan ABŞ-dən nüvə texnologiyaları əldə edə bilər

Tarix: 22 Avqust 2024 14:30

ABŞ Ermənistanın nüvə sahəsində əməkdaşlığa dair "123 Agreement" razılaşmasına qoşulmaqla bağlı müraciətini nəzərdən keçirir. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət departamentinin nümayəndəsi yayıb. 

Bildirilir ki, sözügedən razılaşmaya qoşulmaq Ermənistana ABŞ-nin mülki nüvə enerjisi texnologiyalarını əldə etmək imkanı verəcək. 

Departament danışıqların detallarını açıqlamasa da, Ermənistanın müraciətinə diqqət ayrıldığı qeyd olunub. 

ABŞ-nin federal qanununa əsasən, digər ölkələrə nüvə texnologiyalarının verilməsi üçün ABŞ-nin Atom Enerjisi Agentliyi barədə qanunun 123-cü bölməsini imzalamaq tələb olunur. ABŞ 2022-ci ilə qədər 48 ölkə və ərazi ilə bu cür razılaşma imzalayıb.


Etiketlər:  Ermənistan ABŞ dən nüvə texnologiyaları əldə edə bilər


RƏYLƏR