Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İşğaldakı Oleşki şəhərində Ukrayna bayrağı qaldırıldı

İşğaldakı Oleşki şəhərində Ukrayna bayrağı qaldırıldı

Tarix: 24 Avqust 2024 07:58

Bu gün Ukrayna Dövlət Bayrağı Günündə Xerson vilayətində işğal altında olan Oleşki şəhərində Ukrayna bayrağı qaldırılıb.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Qvardiyasının məlumatında bildirilib.

"Bu, təkcə bizim məğlubedilməzliyimiz və cəsarətimizin simvolu deyil, həm də işğalçılara açıq siqnaldır: Ukrayna həmişə öz torpaqlarına qayıdır", - məlumatda qeyd olunub.

Məlumata görə, aviakəşfiyyat heyəti pilotsuz təyyarədən istifadə edərək şəhərin ən hündür qülləsinə Ukrayna bayrağını asıb.


Etiketlər:  İşğaldakı Oleşki şəhərində Ukrayna bayrağı qaldırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ