Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2024 20:42
2024-cü ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 3544 pediatr həkim fəaliyyət göstərir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin "Azərbaycanda uşaqlar" məcmuəsində əks olunub.
Qeyd edilib ki, 18 yaşınadək uşaqların hər on min nəfərinə 13 həkim - pediatr düşür. Xəstəxanalarda uşaqlar üçün 4 271 nəfərlik çarpayı fondu var. Ölkədə 11 uşaq sanatoriyası fəaliyyət göstərir.
Qeyd edək ki, 2016-cı ildə 18 yaşınadək uşaqların hər on min nəfərinə 15 həkim-pediatr düşüb.