Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elektrikli avtomobillər iqlimə necə təsir edir?

Elektrikli avtomobillər iqlimə necə təsir edir?

Tarix: 29 Avqust 2024 15:12

Təbii sərvətlərdən istifadənin getdikcə daha çox əhəmiyyət kəsb etdiyi müasir şəraitdə elektriklə işləyən avtomobillərin üzərinə böyük məsuliyyət düşür.

Bu marağın birinci səbəbi elektriklə işləyən avtomobillərin ekoloji cəhətdən təmiz olmasıdır. Dünyadakı hökumətlər, avtomobil istehsalçıları və bir çox ekspertlər elektrik avtomobillərinin neftdən istifadəni azaltmaq və iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün mühüm texnologiya olduğu qənaətindədirlər.

Azərbaycanda son illər elektriklə işləyən avtomobillərin sayı artmaqdadır. Ölkəmizdə mövcud infrastruktur elektromobillərin şəbəkələşmiş şəkildə istifadəsi üçün müəyyən addımlar atılır. Bakıda və regionlarda bir neçə şarj məntəqəsi quraşdırılıb. Lakin Azərbaycan ərazisində belə şarj məntəqələrinin sayı azdır. Azərbaycana elektromobillərin gətirilməsi zamanı onlara aksiz vergisi tətbiq olunmur. Elektromobil idxal edən fiziki və hüquqi şəxslər yalnız ƏDV, əməliyyat və vəsiqə haqqı rüsumlarını ödəyir. Nəticədə belə avtomobillərin ümumi alış qiyməti ucuz başa gəlir.

Benzinlə işləyən avtomobillərin istixana qazı emissiyalarına yüksək təsir göstərə bilər. Akkumulyatorla işləyən elektrik avtomobillər isə emissiyalara çox az təsir göstərir. Bu avtomobillərin istixana qazı emissiyaları benzin və dizellə işləyən avtomobillərin emissiyalarından təxminən 17-30 faiz aşağıdır. Elektromobillərin istehsal prosesləri də daha səmərəli olmalı və elektrik enerjisi istehsalı daha təmiz olmalıdır. 2050-ci ilə qədər elektrikli avtomobilin emissiyaları ən azı 73 faiz azaldıla bilər.

Araşdırmalara görə, dünya üzrə avtomobillər hər gün 18 milyon barrel yanacaq məhsulları istifadə edirlər. Elektromobillərin indiki satış tempi və digər tendensiyaların mövcud sürəti ilə 18 milyon barrellik istehlakı 1 milyon barrel azaltmaq üçün dünyada minimum 50 milyon elektromobilin istifadəsi lazımdır.


Etiketlər:  Elektrikli avtomobillər iqlimə necə təsir edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ