Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2019 22:48
"Barselona" zədəli futbolçusu Usman Dembelenin son durumu haqda məlumat yayıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 22 yaşlı oyunçunun 10 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Onun əzələsində zədə aldığı vurğulanıb.
Qeyd edək ki, bu, Dembelenin cari mövsüm üçüncü əzələ zədəsidir.
Xatırladaq ki, Fransa millisinin üzvü Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Borussiya" ilə matçda zədələnmişdi.