Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2024 21:06
Rusiyanın Kabarda Balkar Respublikasının Baksan şəhərində kəskin bağırsaq infeksiyası yayılması qeydə alınıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, kəskin bağırsaq infeksiyası ilə 70 nəfər xəstəxanaya yerləşdirilib.
Region prokurorluğu bağırsaq infeksiyası əlamətləri ilə 200-dən çox insanın həkimlərə müraciət etdiyini açıqlayıb.