Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ekvadorda avtobus aşıb, 9 nəfər ölüb

Ekvadorda avtobus aşıb,  9 nəfər ölüb

Tarix: 3 Sentyabr 2024 21:18

Ekvadorun paytaxtı Kito yaxınlığında avtobusun iştirakı ilə baş verən yol nəqliyyat hadisəsində azı 9 nəfər ölüb, 10 nəfər yaralanıb.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Kito yanğınsöndürmə idarəsi "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

"Bu gün səhər saatlarında içərisində 35 nəfərin olduğu avtobus avtomobil yolunun Pifo-Papalyakta hissəsində aşıb. Hadisə yerinə gələn xilasedicilər 9 nəfərin öldüyünü təsdiqləyib. Yardım edilən 26 nəfərdən 10-u xəstəxanaya yerləşdirilib", - məlumatda deyilir.

Hadisənin səbəbləri müəyyənləşdirilir.

"El Universo" qəzeti ölənlərin hamısının ümumi sayı bir neçə min nəfər olan yerli vaorani xalqının nümayəndələri olduğunu yazıb.


Etiketlər:  Ekvadorda avtobus aşıb nəfər ölüb


RƏYLƏR