Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

4 günlük iş rejiminə keçildi: Bu, demoqrafik tənəzzülün qarşısını ala bilər

4 günlük iş rejiminə keçildi: Bu, demoqrafik tənəzzülün qarşısını ala bilər

Tarix: 4 Sentyabr 2024 20:56

Cənubi Koreyanın Kyonqi əyalətində cütlüklər üçün dörd günlük iş həftəsinin tətbiqini sınaqdan keçirməyə başlayıblar. Təcrübədə 50 müxtəlif şirkət iştirak edəcək.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə xarici mətbuata istinadən xəbər verir.

Cənubi Koreya hökuməti bu yanaşmanın böyük sosial problemlərin həllinə və doğum səviyyəsinin artmasına kömək edəcəyini gözləyir. Son zamanlar ölkədə güclü demoqrafik tənəzzül müşahidə olunur və bunun əsas səbəbi boş vaxtın olmamasıdır. Bundan əlavə, karyera qurmaq üçün bir çox koreyalılar şəxsi həyatlarından tamamilə imtina edirlər.

Bildirilir ki, təşəbbüs Cənubi Koreya vətəndaşlarına iş və ailə arasında tarazlığa nail olmaqda kömək etmək məqsədi daşıyır. Ölkədə karyera nailiyyətlərini ön plana çəkmək adətdir. Çox vaxt buna görə bir çox koreyalılar özlərini tənha hiss edir və ağır psixoloji problemlərdən əziyyət çəkirlər.


Etiketlər:  günlük rejiminə keçildi demoqrafik tənəzzülün qarşısını bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ