Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan: Türkiyə və Misirin töhfəsi regionda sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edir - FOTO

Ərdoğan: Türkiyə və Misirin töhfəsi regionda sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edir - FOTO

Tarix: 5 Sentyabr 2024 07:06

Türkiyə və Misirin töhfəsi regionda sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edir.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 4-də Ankarada misirli həmkarı Əbdül Fəttah əs-Sisi ilə birgə mətbuat konfransında söyləyib.

Türkiyə liderinin sözlərinə görə, Ankara və Qahirə regionda öz hərəkətlərini fəal şəkildə əlaqələndirir və bir çox məsələlər üzrə yaxın mövqelərdədirlər: "Əbdül Fəttah əs-Sisi ilə danışıqlar zamanı Şərqi Aralıq dənizi, Suriya, Liviya, Sudan və Afrika Buynuzu ölkələrindəki vəziyyətlə bağlı fikir mübadiləsi apardıq. Biz qarşılıqlı faydalı əməkdaşlığın zəruriliyi barədə razılığa gəldik".

Türkiyə Prezidenti fevral ayında reallaşan Qahirəyə səfərini dövlətlərarası əlaqələr üçün "dönüş nöqtəsi" adlandırıb. "Ölkələrimiz tarix boyu bəşəriyyətin inkişafına rəhbərlik etmiş sivilizasiyaların beşiyi olub. Türkiyə ilə Misir arasındakı münasibətlərin kökləri çox qədimlərə gedib çıxır. Gələn il Ankara və Qahirə diplomatik münasibətlərin qurulmasının 100 illiyini qeyd edəcək", - deyə Ərdoğan tərəflərin ticarət dövriyyəsini ildə 15 milyard dollara çatdırmaq üçün fəal şəkildə çalışdıqlarını bildirib.

"Biz sənaye, ticarət, müdafiə, səhiyyə, ətraf mühitin mühafizəsi və enerji sahələri də daxil olmaqla, əməkdaşlığı inkişaf etdirmək əzmindəyik", - deyə Türkiyə Prezidenti əmin edib.

Misirin dövlət başçısı da öz növbəsində regionda humanitar böhranların həlli üçün Ankara ilə dialoqun əhəmiyyətini vurğulayıb.

"Mənim hazırkı səfərim Türkiyə ilə əməkdaşlığın gələcək genişlənməsinin müjdəçisidir", - deyə Əbdül Fəttah əs-Sisi qeyd edib.

Türkiyə və Misir liderlərinin iştirakı ilə 17 müqavilə imzalanıb.


Etiketlər:  Ərdoğan Türkiyə Misirin töhfəsi regionda sülh sabitlik üçün həyati əhəmiyyət kəsb edir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ