Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bibiheybətdəki sürüşmə ilə bağlı bu MARŞRUTUN hərəkət sxemi dəyişib

Bibiheybətdəki sürüşmə ilə bağlı bu MARŞRUTUN hərəkət sxemi dəyişib

Tarix: 30 Noyabr 2019 12:20

Bakı. Samir Əli - Trend:

Bibiheybət yolunda baş vermiş torpaq sürüşməsinin nəticələri aradan qaldırılanadək Yeni Salyan yolunda yaşayan sakinlərin rahatlığını təmin etmək məqsədi ilə 5 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, dəyişikliyə əsasən 5 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar 20-ci sahə adlanan ərazidən şəhər istiqamətinə gedərkən yenidən Yeni Salyan yoluna (Jurnalistlər binası istiqamətində) daxil olacaq. Bakı Ali Neft Məktəbinə yaxın hissədən geriyə dönərək təkrar şəhər mərkəzi istiqamətində hərəkət edəcək:

"Şəhər mərkəzindən Yeni Salyan yolu (Jurnalistlər binası istiqamətində) gələn sərnişinlərimiz də 5 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslardan istifadə etməlidirlər. Belə ki, həmin sərnişinlər 20-ci sahədə gəldikləri avtobusdan düşərək sonuncu dayanacaqdan 5 nömrəli xətt üzrə şəhər istiqamətində çıxan ilk avtobusa minməlidirlər. Avtobus dəyişən zaman sərnişinlərdən heç bir ödəniş tələb olunmur".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Bibiheybətdəki sürüşmə ilə bağlı bu MARŞRUTUN hərəkət sxemi dəyişib Bibiheybətdəki sürüşmə ilə bağlı bu MARŞRUTUN hərəkət sxemi dəyişib


Etiketlər:  Bibiheybətdəki sürüşmə ilə bağlı MARŞRUTUN hərəkət sxemi dəyişib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ