Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2024 20:20
Almaniya kansleri Olaf Şolts Frankfurtda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə kansler "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Almaniya Ukraynanın Avropada ən güclü tərəfdarı olub və belə də qalmaqdadır. Biz Ukraynanı lazım olduğu qədər dəstəkləyəcəyik", - o bildirib.
Xatırladaq ki, V.Zelenski Almaniyada Ramşteyn formatında keçirilən Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun 24-cü iclasında iştirak edir.