Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şahmatçılarımızdan daha bir qələbə

Şahmatçılarımızdan daha bir qələbə

Tarix: 15 Sentyabr 2024 08:34

Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 4-cü tur başa çatıb. 

Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan yığması Monteneqro üzərində qələbə qazanıb 3-1.

Hesabat turunda Aydın Süleymanlı və Şəhriyar Məmmədyarov qalib gəlib. Nicat Abasov və Rauf Məmmədov heç-heçə oynayıb.

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Sloveniya komandasını üstələyib 3-1. 

Günay Məmmədzadə və Gövhər Beydullayeva partiyanı qələbəylə bitirib. Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova isə heç-heçəylə kifayətlənib.


Etiketlər:  Şahmatçılarımızdan daha qələbə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ