Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2024 10:12
ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Ohayo ştatının Sprinqfild şəhərindən haitililərin kütləvi deportasiyasını təşkil edəcəyinə söz verib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Reuters xəbər verib.
Tramp bu mövzunu ABŞ prezidentliyinə namizəd Kamala Harrislə debat zamanı qaldırıb.
"Sprinqfildə gələn insanların itlərini yeyirlər, pişikləri yeyirlər. Orada yaşayan insanların ev heyvanlarını yeyirlər", - deyə Tramp Harrislə debat zamanı bildirib. Daha sonra mətbuat konfransı zamanı Tramp Sprinqfilddən haitililərin kütləvi deportasiyasını həyata keçirəcəyini vəd edib.
Milli.Az