Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messidən möhtəşəm qayıdış: 2 qol və asist - VİDEO

Messidən möhtəşəm qayıdış: 2 qol və asist - VİDEO

Tarix: 15 Sentyabr 2024 10:28

MLS-in növbəti tur matçında "İnter Mayami" "Filadelfiya Yunion"la qarşılaşıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Fort Lauderdale-dəki DRV stadionunda baş tutan görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı artıq ikinci dəqiqədə qonaqlar açıblar. Lakin sonradan zədəsini yenicə sağaldaraq yaşıl meydanlara qayıdan Messinin futbol şousu başlayıb. Argentinalı 5 dəqiqəyə (26, 30) dubl edərək komandasını irəli çıxarıb. 90+8-ci dəqiqədə isə onun ötürməsindən Luis Suárez fərqlənərək yekun hesabı müəyyən edib - 3:1.

"İnter Mayami" ardıcıl 5-ci qələbəsini qazanıb. "Filadelfiya Yunion" isə son üç matçda ikinci məğlubiyyətini alıb. Növbəti turda "İnter Mayami" "Atlanta Yunayted", "Filadelfiya Yunion" isə "Nyu York Siti" klubu ilə qarşılaşacaq.


Etiketlər:  Messidən möhtəşəm qayıdış asist VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ