Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2019 18:42
Bakı. Trend:
Bakı şəhərinin Suraxanı rayonunda yaşayış binasının fasad hissəsinə vurulan dəmir örtüyünün qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.
Xilasedicilər qopan hissəni kəsib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin