Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan: Deyirlər ki, Türkiyə Qərbdən uzaqlaşır...

Ərdoğan: Deyirlər ki, Türkiyə Qərbdən  uzaqlaşır...

Tarix: 18 Sentyabr 2024 18:22

Türkiyə özünün xarici siyasəti ilə bağlı tez-tez tənqidlərə məruz qalır. Deyirlər ki, Türkiyə Qərbdən uzaqlaşır. Amma bu, tamamilə qarayaxmadır.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan söyləyib ki, xarici siyasətinə görə Türkiyəni tənqid etmək qlobal prosesləri düzgün başa düşməmək deməkdir: "Biz Şanxay Əməkdaşlıq Təşkilatı, BRİCS kimi bütün təşkilatlarla əlaqələri inkişaf etdirməyə çalışırıq. Türkiyə bütün ölkələrlə əlaqələrin inkişafında maraqlıdır. Bizim üçün bundan daha təbii bir şey yoxdur".

Prezident əlavə edib ki, Türkiyə Türk Dövlətləri Təşkilatı vasitəsilə qardaş ölkələrlə də əlaqələri inkişaf etdirib.


Etiketlər:  Ərdoğan Deyirlər Türkiyə Qərbdən uzaqlaşır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ