Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2024 16:26
ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp etiraf edib ki, iki sui-qəsddən sonra ailə üzvlərinin təhlükəsizliyindən narahat olmağa başlayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.
Trampın sözlərinə görə, o, adətən belə mövzulardan danışmır.
"Amma bəli, ailəm üçün narahat olmağa başlamışam", - Tramp vuğulayıb.
Xatırladaq ki, 78 yaşlı D.Tramp iyulun 14-də Pensilvaniyada mitinq zamanı hücuma məruz qalıb. Bu zaman o qulağından yaralanmışdı. Bu ayın 15-də də keçmiş ABŞ liderinə qarşı daha bir sui-qəsd cəhdi olub.