Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2024 21:38
Ukrayna ilə Rusiya arasında münaqişə 2024-cü ildə bitməlidir.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
Zelenski Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenlə birgə konfrans zamanı münaqişəyə 2024-cü ildə son qoymaq niyyətini açıqlayıb. Eyni zamanda, o, özünün "sülh formulunu" münaqişənin həllinin yeganə yolu adlandırıb.
"Biz bu il ikinci "sülh sammiti"ni - bu münaqişəyə son qoya biləcək sammiti təşkil etmək üçün Ukraynanı mümkün qədər gücləndirməliyik", - deyə siyasətçi vurğulayıb. O, həmçinin əlavə edib ki, konfrans Rusiya ilə qarşıdurmanın yekun həllinə gətirib çıxarmalıdır.
Bundan əvvəl ABŞ-ın BMT-dəki (BMT) daimi nümayəndəsi Linda Tomas-Qrinfild Zelenskinin həll planını şərh etmişdi. Onun fikrincə, siyasətçinin təklifi işə yaraya bilər.