Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2024 14:46
"Teatrın tərbiyəvi rolu danılmazdır. Teatrdan zövq almalısan, ürəkdən gülməlisən. Hətta məşhur yumoristlərdən biri "ekoloji təmiz yumor" anlayışını işlətmişdi. Təsadüfən "Bu şəhərdə -2050" 81-ci bölümə baxdım. "Toy" adlandırdıqları tamaşada səhnəyə inkasator rolunda daxil olan Coşquna içki təklif olunur. Nimçədə gətirilmiş şərti arağı "sağlıq"lar deməklə içirlər. Rafael deyir, bu, sənin ananın sağlığına, içirlər. Sonra ata sağlığına içirlər. Sonra Rafael Coşquna deyir: "Mənim anamın sağlığına, mənim anam anaş toyuq-zaddır? Səninkinin sağlığına içirik mənimkinin yox"?
Yenisabah.az xəbər verir ki, bu sözləri Milli Məclisin sabiq deputatı Etibar Əliyev deyib.
"Bu şəhərdə" kollektivini tənqid atəşinə tutan eks-deputat onların səhnəciklərini biabırçılıq adlandırıb:
"Baxırsan ki, tamaşaya xeyli gənc gəlib. Bu gənclər "Anaş toyuğun" nə olduğunu bilirlərmi? Yaxud sual versələr bunu onlara necə izah edə bilərik? "Qadının ərəblə tanışıq" səhnəsi lap biabırçlıqdır. Şit hərəkətlər, adət- ənənələrimizi aşağılamaq, küçə söhbətlərini səhnəyə gətirmək teatrın süqutudur.
Teatrda parodiya sınanmış metoddur. Ancaq bunlar kimləri parodiya edirlər? Bayram Nurlunu, Xoşqədəmi, Hacı Nuranı, Elza Seyidcahanı? Parodiya janrını da gözdən salıblar.
İndi vəziyyət elə həddə gəlib çatıb ki, heç bir qüsuru tənqid etmək olmur. Ərköyünlük əxlaqa da təsir edib. Bir dəfə tanınmış şəxslərdən biri bunları tənqid etmişdi. Bu ekoloji kirli yumoristlər həmin şəxsi təhqir etməkdən çəkinmədilər".