Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xameneinin təbliğatçıları Pezeşkianı “vurdu”

Xameneinin təbliğatçıları Pezeşkianı “vurdu”

Tarix: 26 Sentyabr 2024 08:44

Qərbyönümlü müşavirlər tərəfindən qəbul edilən mövqelərin və onların təsiri ilə düşünülməmiş sözlərin təkrarlanması, ictimai rəydə inqilaba, quruluşa və ölkəyə rəğbət bəsləyənlər arasında narahatlığı daha da artırıb.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Əli Xameneinin ofisinə bağlı "Keyhan" qəzeti Məsud Pezeşkianın BMT-nin illik sammitindəki çıxışını tənqid edərək yazıb.

Manşetə çıxarılan yazıda "Nyu Yorkda ölçülməmiş bəyanatlar. Prezidentə kim məsləhət verir?!" başlıqlı yazıda Məsud Pezeşkianın Nyu Yorkdakı çıxışına münasibət bildirilib.

Bununla yanaşı İran rəhbəri Əli Xamenei də bugünkü çıxışında ad çəkmədən İranın Qərb və dünya ilə normal münasibətlər qura bilmədiyini deyənləri hədəf alıb.

"Yersiz fikirlər səsləndirib, bizim dünya ölkələri ilə normal münasibətlər qura bilmədiyimizi iddia edirlər, bu belə deyil, biz sadəcə yeni dünya düzəni ilə barışmırıq", - Xamenei deyib.

Xatırladaq ki, Məsud Pezeşkian millət vəkili olduğu dönəmdə və prezidentliyi dövründə dəfələrlə Tehranın dünya ölkələri, xüsusilə Qərblə normal münasibətlər qura bilmədiyini bildirib.

Məsud Pezeşkian tənqidlərə səbəb olan çıxışında nüvə razılaşması danışıqlarının bərpası, Fələstində referendum keçirilməsi və İranla İsrailin silahlardan imtina etməsi barədə danışıb.

"İsrailin də bunu etməsi və beynəlxalq təşkilatın bölgəyə gəlib təhlükəsizliyi təmin etməsi şərti ilə biz bütün silahlarımızı qırağa qoymağa hazırıq", - görüşdən yayılan səs yazısında Pezeşkian vurğulayıb.


Etiketlər:  Xameneinin təbliğatçıları Pezeşkianı vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ