Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2024 22:00
Yüngül çəkidə WBA versiyası üzrə dünya çempionu Dmitri Bivolun keçmiş həyat yoldaşı Yekaterina onun rəqibi Artur Beterbievə Dmitrini karyerası müşayiət edən bütün zədələri barədə məlumat verib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Yekaterina bu barədə sosial şəbəkədə Beterbiyevə şəxsi mesajında yazıb.
"Bivolun mənə etdiyi bütün hücumlardan, oğullarıma aliment ödəməməsindən və onlarla ünsiyyətdən tamamilə imtina etməsindən sonra sizə bildiyim hər şeyi demək istəyirəm: onun onurğa sütununda stress yırtığı var. Bütün barmaq oynaqları əməliyyat olunub, özü də dəfələrlə.
Dizləri çox ağrıyırdı, sol qulağı daim şişirdi, dəfələrlə qırılıb və gözünə dəfələrlə maye yığılıb. Bəzən yaxşı görmürdü. Amma əsas odur ki, o qorxaqdır! Bizə sənin qələbən lazımdır, Artur", - Yekaterina yazıb
Xatırladaq ki, Bivol və Beterbiyev arasında döyüş oktyabrın 12-də Səudiyyə Ərəbistanında baş tutacaq.