Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda İİV-lə yaşayan insanların təxminən 85%-i müalicəyə cəlb olunub

Azərbaycanda İİV-lə yaşayan insanların təxminən 85%-i müalicəyə cəlb olunub

Tarix: 2 Dekabr 2019 12:20

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda ümumilikdə 2019-cu ilin dekabrın 1-nə qədər İİV-lə yaşayan insanların 85%-ə qədəri antiretrovirus (ARV) terapiya ilə təmin olunub.

Trend-in məlumatına görə, bunu 1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı dəyirmi masada çıxış edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin M onitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib. Onun sözlərinə görə, 2006-cı ildən etibarən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 5741 İİV-lə yaşayan insan cəlb olunub. Onların 761 nəfəri bu ilin 11 ayı ərzində müalicəyə başlayıb :

"2018-ci ildən etibarən Səhiyyə Nazirliyinin dəstəyi ilə İİV infeksiyasının müalicəsində "Test-Treat" strategiyası tətbiq olunur. İİV-ə yoluxması təsdiq olunmuş hər bir vətəndaş qeydiyyata götürüldüyü gündən etibarən dərmanlar ilə təmin olunur".

N.Zülfüqarov əlavə edib ki, İİV-ə görə müayinənin əlçatanlığını təmin etmək məqsədi ilə ölkə ərazisində 50 stasionar və 12 mobil könüllü məsləhət və müayinə şəbəkəsi fəaliyyət göstərir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda İİV yaşayan insanların təxminən müalicəyə cəlb olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ