Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səməd Seyidov: Biz xalqımız və Prezidentimizin yüksək tələblərinə uyğun yeni parlament formalaşdırmalıyıq

Səməd Seyidov: Biz xalqımız və Prezidentimizin yüksək tələblərinə uyğun yeni parlament formalaşdırmalıyıq

Tarix: 2 Dekabr 2019 13:21

Bakı. Elçin Mehdiyev – Trend:

Heç kimə sirr deyil ki, bu gün Azərbaycan xalqını ən yüksək səviyyədə təqdim və müdafiə edən, faktiki milli maraqlarımızı təmsil edərək, milli dəyər səviyyəsinə yüksələn cənab Prezident bu işi peşəkar cəhətdən ən yüksək səviyyədə aparır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, uzun illər ərzində aparılan quruculuq siyasəti yeni Azərbaycan formalaşdırıb:

“Bununla yanaşı, xalq müasirləşib, tələbləri artıb, onun düşüncə tərzi, təhliletmə qabiliyyəti yüksəlib. Bir sözlə, Azərbaycanda milli və müasir şüur formalaşıb və bu şəraitdə biz xalqın qarşısında təmsilçiliyimizi mütləq yenidən təsdiq etməliyik. İslahatların məntiqi, dünya təcrübəsi, beynəlxalq öhdəliklər bunu belə tələb edir”.

Komitə sədri söyləyib ki, məhz buna görə, təmsilçi rolunu yüksək səviyyədə yenidən təsdiq etmək üçün bu qərarı dəstəkləməliyik: “Biz xalqın müasirlik səviyyəsinə uyğun, müxtəlif dilləri bilən, vətənpərvər, peşəkar insanlara daha geniş yol açmalıyıq. Biz xarici siyasətimizi ən yüksək səviyyədə təmsil etməliyik. Biz xalqımız və Prezidentimizin yüksək tələblərinə uyğun yeni parlament formalaşdırmalıyıq”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Səməd Seyidov xalqımız Prezidentimizin yüksək tələblərinə uyğun yeni parlament formalaşdırmalıyıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ