Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2024 10:36
Avropa çempionatında "bozqurd" işarəsi göstərdiyi üçün cəzalandırılan Türkiyə yığmasının futbolçusu Merih Demiralın heykəli ucaldılıb.
Sonxeber.net unikal-a istinadən xəbər verir ki, Bolu şəhərinin Karaçayır məhəlləsində heykəlin açılış mərasimi olub.
Merih sosial media hesabında paylaşım edərək təşəkkürlərini bildirib.
Xatırladaq ki, Merih Dəmiral bu il iyulun 3-də Almaniyada keçirilən AVRO-2024-də Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında "bozqurd" işarəsi göstərib.
Buna görə UEFA futbolçunu cəzalandırıb. 26 yaşlı müdafiəçi 2 oyunluq diskvalifikasiya edilib.