Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kadırovun oğlunun adı “Rekordlar kitabı”na düşdü - FOTO

Kadırovun oğlunun adı “Rekordlar kitabı”na düşdü - FOTO

Tarix: 5 Oktyabr 2024 11:20

Çeçenistan rəhbəri Ramzan Kadırovun 16 yaşlı oğlu Adam Kadırovun adı Rusiyanın "Rekordlar kitabı"na daxil edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı sözügedən kitabın baş redaktoru Stanislav Konenko açıqlayıb. 

Məlumata görə, Adam Kadırov Rusiya Federasiyası subyekti rəhbərinin təhlükəsizlik xidmətinin ən gənc sədri olaraq həmin kitaba əlavə edilib. 

Konenko, həmçinin Rusiyanın "Rekordlar kitabı"nı populyarlaşdırdığına görə Adam Kadırova medal da təqdim edib. 

Xatırladaq ki, Adam Kadırov 2023-cü il noyabrın 5-də Çeçenistan rəhbərinin təhlükəsizlik xidmətinin sədri vəzifəsinə təyin edilib. Bu zaman onun 15 yaşı vardı.

Milli.Az


Etiketlər:  Kadırovun oğlunun adı Rekordlar kitabına düşdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ