Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pezeşkian özünə müavin təyin etdi

Pezeşkian özünə müavin təyin etdi

Tarix: 5 Oktyabr 2024 12:18

İran Prezidenti Məsud Pezeşkian Əli Rəbiini özünün sosial məsələlər üzrə müavini təyin edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "İrna" məlumat yayıb.

"Rabii prezident üçün "səssizlərin səsi" olmalıdır" - deyə, Pezeşkian şənbə günü verdiyi fərmanında vurğulayıb.

Qeyd edək ki, Rabii bundan əvvəl 2019-2021-ci illərdə İran hökumətinin sözçüsü, 2013-2018-ci illərdə İranın kooparativlər əmək və sosial təminat naziri vəzifələrində çalışıb. O, eyni zamanda Tehran Universitetinin professorudur.
 

Milli.Az


Etiketlər:  Pezeşkian özünə müavin təyin etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ