Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pakistanda hava limanı yaxınlığında partlayış: Ölənlər var

Pakistanda hava limanı yaxınlığında partlayış: Ölənlər var

Tarix: 7 Oktyabr 2024 11:00

Pakistanın Kəraçi şəhərində, Cinnah Beynəlxalq Hava Limanı yaxınlığında partlayış baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Sind əyalətinin daxili işlər naziri Ziya Lancar məlumat verib.

Məlumata görə, partlayış nəticəsində iki avtomobil və iki motosiklet yanıb, azı iki nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Lancarın sözlərinə görə, partlayan avtomobilin içində əcnəbi vətəndaşlar olublar. Onun fikrincə, bu, əcnəbilərə qarşı hücum olub. Nazir əlavə edib ki, əldəqayırma partlayıcı qurğunun olması barədə məlumatlar var.

Partlayışla bağlı araşdırmaya başlanılıb, o cümlədən müşahidə kameralarının qeydləri nəzərdən keçirilir.

Ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Çin vətəndaşlarına hücum olub və onlardan biri yaralanıb.

Milli.Az


Etiketlər:  Pakistanda hava limanı yaxınlığında partlayış Ölənlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ