Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanın sabiq Baş Qərargah rəisi Baş Prokurorluğa çağırıldı

Ermənistanın sabiq Baş Qərargah rəisi Baş Prokurorluğa çağırıldı

Tarix: 11 Oktyabr 2024 10:58

Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Artak Davtyan Baş Prokurorluğa çağırılıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, sabiq Baş Qərargah rəisi qanunsuz əmlakla bağlı oktyabrın 18-də Baş Prokurorluqda olmalıdır.

Qeyd edək ki, Davtyan iki dəfə - 2018-2020-ci illərdə, eləcə də 2021-2022-ci illərdə Baş Qərargah rəisi vəzifəsində çalışıb. O, həmçinin keçmiş müdafiə naziri David Tonoyan və başqaları ilə birlikdə silah-sursat tədarükü zamanı sui-istifadə halları ilə bağlı ittiham olunur.


Etiketlər:  Ermənistanın sabiq Baş Qərargah rəisi Baş Prokurorluğa çağırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ