Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə ard-arda zəlzələlər baş verdi

Türkiyədə ard-arda zəlzələlər baş verdi

Tarix: 11 Oktyabr 2024 12:48

Türkiyənin Qara dəniz sahillərində zəlzələ baş verib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər yayıb.

Bildirilib ki, Zonquldak və Bartın sahillərində 4.8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı yerin 9.33 kilometr dərinliyində yerləşib.

Digər tərəfdən, Avropa Seysmologiya Mərkəzi bu zəlzələnin gücünü 5.2 bal olaraq müəyyən edib.

Kandili Rəsədxanasının sosial media hesabında isə Qara dəniz bölgəsində 5.0 və 4.9 maqnitudalı ardıcıl iki zəlzələnin baş verdiyi bildirilib. Məlumata görə, 5.0 ballıq zəlzələnin dərinliyi 7.5 km, 4.9 ballıq zəlzələnin dərinliyi isə 13.7 km olaraq qeyd edilib.


Etiketlər:  Türkiyədə arda zəlzələlər baş verdi


RƏYLƏR