Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putinlə Pezeşkian arasında ilk görüş - Nələr danışdılar?

Putinlə Pezeşkian arasında ilk görüş - Nələr danışdılar?

Tarix: 12 Oktyabr 2024 09:12

İran Prezidenti Masud Pezeşkian və rusiyalı həmkarı Vladimir Putin Aşqabadda keçirilən görüşdə neft-qaz və enerji sahələrində birgə layihələrin həyata keçirilməsinə əlavə stimul verməyə razılaşıblar.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə TASS məlumat yayıb.

"Rusiya Prezidenti ilə danışıqlarımız oldu. Onlar təxminən bir saat davam etdi. Söhbət yenidən Rusiya ilə bağladığımız sazişlər və müqavilələrdən getdi. Bizim konstruktiv qarşılıqlı əlaqəmiz var. Biz qaz, yol və dəmir yolu tikintisi, suyun şirinləşdirilməsi və enerji, neft-kimya, elektrik təchizatı sahələrində digər layihələrin həyata keçirilməsini sürətləndirməyə razılaşdıq", - Pezeşkian deyib.

İranın dövlət başçısı əlavə edib ki, Tehran İslam Respublikasının qonşuları ilə bütün razılaşmaların yerinə yetirilməsi sayəsində sanksiyaların mənfi təsirini əhəmiyyətli dərəcədə azalda biləcək.

Ölkə başçıları həmçinin Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, Putin və Pezeşkianın danışıqları "Zamanlar və sivilizasiyaların qarşılıqlı əlaqəsi - sülh və inkişafın əsasıdır" beynəlxalq forumu çərçivəsində keçirilib.


Etiketlər:  Putinlə Pezeşkian arasında görüş Nələr danışdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ