Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki qızı öldürən Semih Çeliyi tərifləyənlər saxlanıldı - FOTO

İki qızı öldürən Semih Çeliyi tərifləyənlər saxlanıldı - FOTO

Tarix: 12 Oktyabr 2024 18:06

Türkiyədə 19 yaşlı iki qızı vəhşicəsinə öldürərək intihar edən Semih Çeliyin tərəfdarı saxlanılıb.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, onun sosial şəbəkələrdə qatilin hərəkətlərinə tərif paylaşımları etdiyi müəyyən olunub.

Daha sonra İstanbul Təhlükəsizlik Müdirliyi həmin paylaşımları izləməyə alıb.

Təqibindən sonra "Cinayət və cinayətkarlığı tərifləyən" bir sosial media istifadəçisi tərəfindən edilən yazılara istintaq başladılıb.

Şübhəli polis bölməsində istintaqa cəlb olunduqdan sonra "ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək və ya alçaltmaq", "cinayəti və cinayətkarı tərifləmək" və "asayişi və əmin-amanlığı pozmaq" ittihamları ilə həbs edilərək məhkəməyə göndərilib. Oradan da həbs edilib.


Etiketlər:  İki qızı öldürən Semih Çeliyi tərifləyənlər saxlanıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ