Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qroznıda yanacaqdoldurma məntəqəsində partlayış - Ölən və yaralananlar var

Qroznıda yanacaqdoldurma məntəqəsində partlayış - Ölən və yaralananlar var

Tarix: 12 Oktyabr 2024 23:22

Çeçenistanın paytaxtı Qroznıda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, partlayışda 2-si uşaq olmaqla 4 nəfər ölüb, 5 nəfər yaralanıb.

Partlayış zaman obyektdən uçan parçalar çox sayda ev və avtomobilə ziyan vurub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, hadisə stansiyanın anbarında yaranan sıxlıq səbəbindən baş verib.

Partlayışdan sonra 900 kvadratmetr əraziyə yayılan yanğın yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb.

Qroznı Baş Prokurorluğu hadisə ilə bağlı araşdırma başlandığını açıqlayıb.


Etiketlər:  Qroznıda yanacaqdoldurma məntəqəsində partlayış Ölən yaralananlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ