Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2024 13:15
Aktyor Elşən Orucov Xalq artisti Röya Ayxanla dostluğundan danışıb.
Sonxeber.net xəbər verir ki, bu barədə sənətçi jurnalist Pərviz Hüseynin "Pərvizə görə" layihəsində danışıb.
O bildirib ki, estrada ulduzu ilə 10 ildir dostluq edir:
"Röyayla dostluğumuz əla gedir. Arada zəng edir, danışır-danışır ki, sən beləsən və sairə. Sonra da "adboy" verir. Mən də sakit qulaq asıram, heç nə demirəm. Sonraki gün yazır ki, nə var, nə yox, neynirsən? Küsməyi yadından çıxır. Mən Röyanı çox istəyirəm. Həyatımda böyük rol oynayır. Həm bir qadın kimi... Ona arada deyirəm ki, sənin içində həm də bir kişi yatır. Çünki Röya dostluğu o qədər yaxşı bacarır ki. Mən bəzi kişilərdə heç onu görməmişəm. Röya dostlarına görə, hər şeyə hazır olan adamdır, dostları üçün əziyyət çəkər. Baxmayaraq ki, Röyayla aylarla görüşə bilmirik. Lakin hər zaman bir-birimiz haqqında məlumatımız olur. Bir-birimizi soruşuruq. Röya həyatımda həm dost, həm sevilən müğənni kimo böyük rol oynayır. Aramızda nəsə problem olanda gülürəm. Çünki elə də ciddi problem olmur. Ancaq belə olur ki, niyə yoxsan, zəng etmirsən, gəlmirsən? Təkcə belə problemlər olur".