Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş nazirin güllələnməsinə görə onlar işini itirdi

Baş nazirin güllələnməsinə görə onlar işini itirdi

Tarix: 15 Oktyabr 2024 23:24

Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsdə cəhddən sonra iki dövlət təhlükəsizlik işçisi işdən çıxarılıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə respublikanın daxili işlər naziri Matuş Şutay-Eştok bildirib.

Nazir qeyd edib ki, şöbənin əməkdaşları lazımi təlimlərdən keçməyiblər.

O xatırladıb ki, yayda ərazi polisinin rəis müavini və cəhdin baş verdiyi şəhərin polis idarəsinin rəisi də işdən çıxarılıb.

Xatırladaq ki, nazirə mayın 15-də silahlı hücum olunub. Bunun ardınca Fitso aylarla müalicəsini davam etdirib, iki dəfə əməliyyat olunub.


Etiketlər:  Baş nazirin güllələnməsinə görə onlar işini itirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ