Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə baş vermiş zəlzələdə 100-ə yaxın insan yaralanıb, binalara ziyan dəyib - YENİLƏNİB - VİDEO - FOTO

Türkiyədə baş vermiş zəlzələdə 100-ə yaxın insan yaralanıb, binalara ziyan dəyib - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 16 Oktyabr 2024 17:00

--------

16:59

Türkiyənin cənub-şərqində baş verən zəlzələ nəticəsində Elazığda 94 nəfər yaralanıb, 2 binaya ciddi ziyan dəyib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Elazığ valisi Numan Hatipoğlu bildirib.

Qeyd edək ki, səhər saatlarında Malatyanın Kale rayonunda 5,9 bal gücündə baş verən zəlzələ ətraf bölgələrdədə də hiss olunub.
--------

13:21

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 4 nəfər yaralanıb.

Sonxeber.net bildirir ki,  bu barədə Malatya valisi Səddar Yavuz jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin şəxslərdən biri eyvandan tullandığına, digərləri isə pilləkanları sürətlə düşdüyünə görə xəsarət alıb.

--------

13:21

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində üç bina qismən çöküb.

Sonxeber.net sfera.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X"-də etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, Malatya, Elazığ və Şanlıufa vilayətlərinin hər birində bir bina qismən çöküb.

Nazir bildirib ki, insan itkisi barədə məlumat hələ ki yoxdur.

A.Yerlikanın sözlərinə görə, zəlzələ ilə əlaqədar indiyə kimi 112 qaynar xəttinə 374 müraciət daxil olub.

---------

12:25

İlkin məlumata görə ölən yoxdur.

Malatyada məktəblərdə 1 günlük tədris dayandırıldı.

-------

12:05

Türkiyədə güclü zəlzələ olub.

Sonxeber.net xəbər verir ki, Malatyada 5.9 ballıq zəlzələ baş verib.

AFAD-ın yaydığı məlumatda qeyd olunur ki, zəlzələ Diyarbakır, Elazığ və Malatyada hiss olunub.

Zəlzələ Türkiyə vaxtı ilə 10:46-da baş verib.


Etiketlər:  Türkiyədə baş vermiş zəlzələdə yaxın insan yaralanıb binalara ziyan dəyib YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ