Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran BMT-ni xəbərdar etdi: İsrailə “həlledici” qarşılıq veriləcək

İran BMT-ni xəbərdar etdi: İsrailə “həlledici” qarşılıq veriləcək

Tarix: 16 Oktyabr 2024 12:18

İran cavab zərbəsi endirəcəyi təqdirdə, İsrailə "həlledici" qarşılıq verəcəyi ilə bağlı BMT-ni xəbərdar edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, İranın xarici işlər naziri Abbas Araqçı BMT-nin Baş katibi Antoniu Quterreşlə telefon danışığı zamanı bildirib ki, İsrail İranın raket zərbələrinə qarşılıq verərsə, Tehran "həlledici və peşimanlıq verən" zərbə ilə cavab verməyə tam hazırdır.

"İran regionun sülh və sabitliyinin qorunması üçün bütün səylərini əsirgəməməklə yanaşı, istənilən avantürizmə qarşı həlledici və peşimanlıq doğuran cavab verməyə tam hazırdır", - Abbas Araqçı deyib.

Qeyd edək ki, İran oktyabrın 1-də HAMAS lideri İsmayıl Haniyənin və Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsinə cavab olaraq İsrailə yüzlərlə raket atıb.


Etiketlər:  İran xəbərdar etdi İsrailə həlledici qarşılıq veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ