Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Gürcüstana qarşı sanksiyalar səmərəsizdir''

''Gürcüstana qarşı sanksiyalar səmərəsizdir''

Tarix: 16 Oktyabr 2024 13:18

Gürcüstana qarşı sanksiyalar səmərəsizdir, ona görə də düşünürəm ki, gələcəkdə daha praqmatik qərarlar veriləcək.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O, sanksiya tətbiq edilən iki yüksək vəzifəli polis zabitinin 2008-ci ildə Rusiyaya qarşı müharibədə iştirak etdiyini qeyd edib.

"Sanksiyalar səmərəsizdir, 2008-ci il müharibəsində iştirak edən iki yüksək vəzifəli polis zabiti də sanksiyalara məruz qalıb. Bu cür qərar verənlər belə səhvlərə yol verməməlidirlər. Hamı görür ki, sanksiyalar səmərəsizdir, ona görə də düşünürəm ki, gələcəkdə daha praqmatik qərarlar veriləcək", - deyə Kobaxidze bildirib.


Etiketlər:  Gürcüstana qarşı sanksiyalar səmərəsizdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ