Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tokayev BRİKS-dən imtina etdi

Tokayev BRİKS-dən imtina etdi

Tarix: 16 Oktyabr 2024 16:12

Qazaxıstan hələ BRİKS-ə üzv olmağı planlaşdırmır, baxmayaraq ki, ölkə prezidenti Qasım-Jomart Tokayev belə təkliflər alıb.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Berik Uali məlumat verib.

"Hazırda və çox güman ki, yaxın gələcəkdə Qazaxıstan BRİKS-ə ərizə verməkdən, o cümlədən üzvlük məsələsinə baxılmasının çoxmərhələli prosesini nəzərə almaqdan çəkinəcək", - Uali bildirib.

Onun sözlərinə görə, BRİKS-ə qoşulmaq təklifləri dövlət başçısı tərəfindən Qazaxıstanın milli maraqları baxımından nəzərdən keçirilib:

"Bununla belə, hələlik Tokayev BMT-yə bütün aktual beynəlxalq problemlərin müzakirə oluna biləcəyi və müzakirə edilməli olduğu universal və qeyri-alternativ təşkilat kimi baxır. Eyni zamanda, Qazaxıstan prezidenti BMT Təhlükəsizlik Şurasının BMT-yə üzv dövlətlərin geniş məsləhətləşmələri əsasında və orta güclərin maraqlarını nəzərə almaqla islahatının tərəfdarıdır, çünki onun fikrincə, bu qurum vacib və taleyüklü qərarlar qəbul etməklə bağlı öz səlahiyyətlərini itirib. BRİKS-ə gəlincə, Tokayev bu assosiasiyanın təkamülünü maraqla izləyir və blokun Rusiyada keçiriləcək sammitində iştirak etmək niyyətindədir".

Qeyd edək ki, bundan öncə Tokayevin Kazanda keçirilən sammitdə çıxış edəcəyi bildirilmişdi.


Etiketlər:  Tokayev BRİKS dən imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ