Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Google'' ilkə imza atdı

''Google'' ilkə imza atdı

Tarix: 16 Oktyabr 2024 13:32

ABŞ-nin texnologiya nəhəngi "Google" 2030-cu ilə qədər ölkədə istifadəyə verilməsi planlaşdırılan kiçik modul reaktorların istehsal etdiyi enerjini almaq üçün "Kairos Power" ilə müqavilə bağlayıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə şirkətin bloqunda məlumat verilib.

Nüvə enerjisinə keçid qərarı karbon emissiyalarının azaldılması kimi uzunmüddətli hədəflə bağlıdır.

Beləliklə, "Google" bir neçə kiçik nüvə reaktorundan enerji almaq üçün dünyada ilk müqaviləyə imza atıb.

Müqavilənin şərtlərinə əsasən, "Google" reaktorlardan 500 MVt-a qədər elektrik enerjisi ala biləcək. İlk reaktorun 2030-cu ilədək, qalanlarının isə 2035-ci ilə qədər işə salınması planlaşdırılır.


Etiketlər:  Google ilkə imza atdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ