Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp Baydeni konfeti əlindən alınmış uşaqla müqayisə etdi

Tramp Baydeni konfeti əlindən alınmış uşaqla müqayisə etdi

Tarix: 16 Oktyabr 2024 15:54

"Demokratlar ABŞ Prezidenti Co Baydendən noyabrdakı seçkidə iştirak etmək imkanını uşaqdan konfet alan kimi aldılar".

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu fikri Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp ifadə edib.

"Mən Baydenin pərəstişkarı deyiləm, pərəstişkarı kim ola bilər ki? Amma onun seçkisini oğurladılar. Onu uşaqdan konfet alan kimi əlindən aldılar. Və o qəzəblənir", - deyə respublikaçı Atlantada (Corciya ştatı) tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

Tramp hesab edir ki, seçkidə iştirakdan imtina etdikdən sonra Bayden prezident yarışında onu əvəz edən vitse-prezident Kamala Harrislə müqayisədə ona daha çox rəğbət bəsləyir.

Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək. Demokrat Partiyasını bu seçkidə Baydenin təmsil edəcəyi gözlənilirdi. O, iyun ayında Trampla debatda uğursuz çıxışından sonra yarışdan çıxmaq qərarına gəlib və Çikaqoda keçirilən partiya qurultayının nümayəndələrinin rəsmən prezidentliyə namizəd kimi təsdiq etdiyi Harrisin namizədliyini dəstəkləyib.


Etiketlər:  Tramp Baydeni konfeti əlindən alınmış uşaqla müqayisə etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ