Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messi Bakıya gələcək

Messi Bakıya gələcək

Tarix: 16 Oktyabr 2024 12:28

Mesut Özilin ardınca dünya ulduzu Lionel Messi də Bakıya gələ bilər. 

Sonxeber.net xəbər verir ki, bu barədə News24.az-a ABŞ-da yaşayan azərbaycanlı Yura Davidov bildirib. 

Onun sözlərinə görə, hazırda dünyaca məşhur şirkətlərdən biri möhtəşəm reklam çarxı çəkmək istəyir. Bu işə tanınmış futbolçu və müğənnilərin cəlb edilməsi gözlənilir:

"Hazırda reklam hazırlıqlarına başlanması üçün fikir mübadiləsi aparılır. 

Reklamda əsasən ABŞ-da çıxış etmiş futbolçulardan bir neçəsinin çəkilməsi ehtimal olunur. Onlar Lionel Messi, Zlatan İbrahimoviç, Stiven Cerrard, Bastian Şvaynştayger kimi dünya ulduzlarıdır. Çox güman ki, bu futbolçuların arasından seçim ediləcək. Reklam çarxının özəl tərəfi isə qədim şəhərlərdə çəkilməsi olacaq.

Eyni zamanda şəhərlər arasında da seçim ediləcək. Siyahıda bu ölkələrin şəhərləri var ki, qədim İordaniya, Mərakeş, Yunanıstan, Misir, Türkiyə şəhərləridir. Hətta aralarında Azərbaycanın paytaxtı Bakının da adı keçib.

Reklam çarxına start verilsə, seçimlər arasında Bakı şəhəri olarsa gələn ilin ikinci yarısında Bakıda Lionel Messini görə bilərik",- deyə o qeyd edib.

Qeyd edək ki, sifarişçi məşhur avtomobil şirkətlərindən biridir.


Etiketlər:  Messi Bakıya gələcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ