Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

IoT cihazlarının təhlükəsizliyini necə təmin edək?

IoT cihazlarının təhlükəsizliyini necə təmin edək?

Tarix: 16 Oktyabr 2024 14:32

Müasir dövrdə ağıllı elektron cihazların, xüsusilə də IoT (əşyaların interneti) cihazlarının istifadəsi getdikcə artmaqdadır.

Sonxeber.net xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

IoT cihazları, internetə birbaşa qoşula bilən və müəyyən funksiyaları yerinə yetirmək üçün nəzərdə tutulmuş cihazlardır. Ağıllı ev sistemləri, sənaye və tibb sahəsində istifadə olunan bir sıra elektron cihazlar buna misal ola bilər. Bu cür cihazlar internet üzərindən idarə olunduğu üçün onların təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir.

IoT cihazlarının təhlükəsizliyini təmin etmək üçün aşağıdakı təhlükəsizlik tədbirlərinə nəzər yetirə bilərsiniz.

1) Hər bir cihaz üçün mürəkkəb və unikal şifr təyin edin;

2) Cihazların proqram təminatını müntəzəm olaraq yeniləyin;

3) Cihazları əsas Wi-Fi şəbəkənizdən fərqli şəbəyə qoşun;

4) Cihazların məxfilik və təhlükəsizlik parametrlərini yoxlayın və düzgün şəkildə konfiqurasiya edin.

İlqar Şabanov


Etiketlər:  cihazlarının təhlükəsizliyini necə təmin edək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ