Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gənc futbolçu faciəvi şəkildə öldü - FOTO

Gənc futbolçu faciəvi şəkildə öldü - FOTO

Tarix: 17 Oktyabr 2024 13:34

Türkiyədə futbolçu faciəvi şəkildə ölüb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, hadisə Zonquldak rayonu Çaycuma qəsəbəsində baş verib. 19 yaşlı Ramazan G.-nin idarə etdiyi avtomobil 25 yaşlı Musa Şenin idarə etdiyi avtomobilə arxadan çırpılıb. Nəticədə hər iki maşın alışıb yanıb.

Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri Musa Şenin öldüyünü müəyyən ediblər. Digər sürücü isə xəsarət alıb.

Mediada yayılan məlumata görə, Musa Şen "Çaycumagücüspor" və "Kayıkçılar Gençlerbirliğispor" futbol klublarının oyunçusu olub.

Faktla bağlı cinayət işi başlanıb.


Etiketlər:  Gənc futbolçu faciəvi şəkildə öldü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ