Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan və ABŞ Baş Qərargah rəisləri görüşdülər

Ermənistan və ABŞ Baş Qərargah rəisləri görüşdülər

Tarix: 17 Oktyabr 2024 15:32

Vaşinqtonda səfərdə olan Ermənistan Ordusunun Baş Qərargah rəisi Edvard Asryanla ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braunla görüşüb.

Sonxeber.net APA-ya istinadən bildirir ki,  görüşdə ikitərəfli maraq doğuran məsələlər müzakirə olunub.

Tərəflər müdafiə sahəsində Ermənistan-ABŞ əməkdaşlığının inkişaf etdiyini qeyd ediblər.

Çarlz Braun bildirib ki, ABŞ Ermənistan Silahlı Qüvvələrinin transformasiyası və islahatları prosesinə dəstəyini davam etdirəcək.

Eyni zamanda, görüşdə birgə tədbirlərin davam etdirilməsinin vacibliyi müzakirə olunub və regional təhlükəsizliklə bağlı bir sıra məsələlərə də toxunulub.


Etiketlər:  Ermənistan ABŞ Baş Qərargah rəisləri görüşdülər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ