Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan daha bir neçə beynəlxalq sənədə qoşuldu

Azərbaycan daha bir neçə beynəlxalq sənədə qoşuldu

Tarix: 3 Dekabr 2019 12:36

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan daha bir neçə beynəlxalq sənədə qoşulub.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Ümumdünya Poçt Konvensiyasına və onun Yekun Protokoluna qoşulmaq haqqında", "Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə Doqquzuncu Əlavə Protokola qoşulmaq haqqında" və "Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentlərinə Birinci Əlavə Protokola qoşulmaq haqqında" qanun layihələri müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra qanun layihələri səsverməyə qoyularaq qəbul edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan daha neçə beynəlxalq sənədə qoşuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ