Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2024 06:32
2025-ci ildə sosial müavinətlər nə qədər artacaq? - AÇIQLAMAPrezident İlham Əliyev "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib. Bu barədə Maliyyə Nazirliyindən bildirilib. Layihəyə əsasən, gələn il Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 36 milyard 616 milyon manat, xərclərinin isə 39 milyard 667,6 milyon manat olacağı gözlənilir.
Bəs, 2025-ci ilin dövlət büdcəsinə əsasən əhaliyə verilən sosial müavinətin nə qədər artırılacağı gözlənilir?
Sonxeber.net xəbər verir ki, mövzu ilə bağlı Sonxeber.az-a sosioloq Lalə Mehralı danışdı.
O, açıqlamasında qeyd etdi ki, sosial müavinətlər müxtəlif istiqamətlərdə sosial yardım müavinətləri artırıla bilər.
"Əslində nə qədər artacağını indidən ehtimal etmək çətindir. Çünki əlavə və ya gözlənilməyən xərclər yarana bilər. Amma proqnoz edə bilərik ki, hansı istiqamətdə artımlar ola bilər. Təbii ki, təmənnamız ən birinci uşaq pullarının ödənilməsini, uşaqlı ailələlərə imtiyazların verilməsini, 3 daha artıq uşağı olanların çoxuşaqlılıq müavinəti almasını təmənna edə bilərik. Bundan başqa pensiya yaşlarının azaldılması və ya pensiyaların çoxaldılması məsələsini gündəmə gətirmək olar.
Sosial yardımların ünvanlanması genişləndirilə bilər. Daha çox ailəyə sosial yardım ayrıla və müavinətlə təmin oluna bilər. Ailə başçısını itirən ailələrdəki uşaqlara verilən müavinətlərin məbləği artırıla bilər. Hər iki valideyin himayəsindən məhrum olan uşaqların baxımı və təhsili ilə bağlı xərclər artırıla bilər".